...

Bu gün və sabah Bakının bəzi rayonlarında su olmayacaq

Cəmiyyət Materials 2 May 2013 10:44 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar cari ilin 2-3 may tarixlərində Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.
Bu gün və sabah Bakının bəzi rayonlarında su olmayacaq

Azərbaycan, Bakı, 2 may /Trend/

Təmir işləri ilə əlaqədar cari ilin 2-3 may tarixlərində Bakının Binəqədi, Nərimanov və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Trend-ə cümə axşamı "Azərsu" ASC-dən daxil olan məlumatda bildirilir.

Məlumata görə, təmir işləri Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı nasos stansiyasında aparılır.

"Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti