...

"İnterfaks-Azərbaycan" agentliyi 10 illiyini qeyd edib (FOTO)

Cəmiyyət Materials 2 May 2013 16:09 (UTC +04:00)
Müstəqil dövlətçiliyimizin siyasi, iqtisadi və sosial cəhətdən qüdrətlənməsi proseslərini dünya ictimaiyyətinə çatdırmaq missiyasını öz üzərinə götürmüş "İnterfaks Azərbaycan" agentliyi ötən 10 ildə Azərbaycanda baş vermiş epoxal tarixi hadisələrin, reallaşan qlobal layihələrin, aparılan islahatların, eyni zamanda, dovlətimizin məruz qaldığı hərbi-siyasi təcavüz faktlarının obyektiv işıqlandırılmasında mühüm rol oynayıb.
"İnterfaks-Azərbaycan" agentliyi 10 illiyini qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Müstəqil dövlətçiliyimizin siyasi, iqtisadi və sosial cəhətdən qüdrətlənməsi proseslərini dünya ictimaiyyətinə çatdırmaq missiyasını öz üzərinə götürmüş "İnterfaks Azərbaycan" agentliyi ötən 10 ildə Azərbaycanda baş vermiş epoxal tarixi hadisələrin, reallaşan qlobal layihələrin, aparılan islahatların, eyni zamanda, dovlətimizin məruz qaldığı hərbi-siyasi təcavüz faktlarının obyektiv işıqlandırılmasında mühüm rol oynayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin "İnterfaks Azərbaycan" agentliyinin 10 illiyi münasibətilə təbrik məktubunda deyilir.

Təbrik məktubunu ARDNŞ-nin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov yubiley münasibətilə agentlikdə təşkil edilən mərasimdə oxuyub.

ARDNŞ prezidenti qeyd edib ki, ölkədə və dunyada baş verən yeniliklər һaqqında geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq işində agentlik həmişə dövlətçilik mövqeyindən çıxış edib.

"İnterfaks-Azərbaycan" agentliyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılıb, ulu öndər agentliyin dünya standartlarına uyğun inkişaf etməsinə boyük diqqət və qayğı göstərib, - təbrik məktubunda deyilir. - Azərbaycan Prezidenti İlham Əliyevın effektiv daxili və xarici siyasət kursu "İnterfaks-Azərbaycan" agentliyi tərəfindən daim dəstəklənir və layiqincə təbliğ olunur. Ölkəmizin neft-qaz sektorunda qazanılan misilsiz nailiyyətlər də agentliyin daim diqqət mərkəzində saxladığı mövzulardandır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfındən qoyulan və hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycana ilbəil böyük uğurlar qazandıran yeni neft strategiyasının siyasi, iqtisadi, geosiyasi müvəffəqiyyətləri, neftçilərimizin fədakar əməyi "İnterfaks-Azərbaycan" agentliyinin xəbər lentlərində mütəmadi olaraq öz əksini tapır".

Rövnəq Abdullayev əmin olduğunu bildirib ki, ARDNŞ ilə "İnterfaks Azərbaycan" agentliyi arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla davam edəcək, agentlik bundan sonra da seçdiyi yolla irəliləyəcək, Azərbaycan mətbuatında öz dəsti-xətti və dövlətçilik mövqeyi ilə örnək olacaq.

"İnterfaks Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov isə öz çıxışında ARDNŞ rəhbərliyinə agentlik ilə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığını bildirib.

İvanovun sözlərinə görə, yeni yaradılmış struktur - ARDNŞ Media agentliyin yaradıcılıq potensialının həyata keçiriləcəyi daha bir fəaliyyət meydanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti