...

Odlar Yurdu Universitetində "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans işə başlayıb

Cəmiyyət Materials 3 May 2013 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Odlar Yurdu Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

İnstitutdan cümə günü Trend-ə verilən məlumata görə, konfransda universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev artıq Ulu Öndərin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrildiyini bildirib. Ona görə də bu beynəlxalq konfransda İspaniya, Böyük Britaniya, Rusiya, Türkiyə və Gürcüstandan da nümayəndələr iştirak edirlər. İki gün davam edəcək konfransda 300 elmi məqalə dinləniləcəkdir. Ən yaxşı məqalələr universitetin elmi pedaqoji jurnalında çap ediləcək.

Tədbirdə universitetin 1-ci prorektoru Samir Vəliyev qeyd etmişdir ki, Ümummilli Liderin irsinin beynəlxalq elmi araşdırma subyektinə çevrilməsi təsadüfi deyildir. Çünki, Ulu Öndər müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, keçmiş SSRİ-nin də siyasi liderlərindən biri olmuşdur.

Daha sonra universitetin prorektoru Salam Əliyev "Distant təhsildə informasiya mühitinin idarə edilməsi" mövzusunda cıxış edərək qeyd etmişdir ki, Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Təhsili dövlətimizin davamlı inkişafının əsas amillərindən biri hesab edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları da ,onun inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə böyük diqqət və qayğı göstərir, təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daima diqqətdə saxlayır. Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, informasiyalaşan cəmiyyətin zəruri tələblərindən, ehtiyaclarından biridir. Müasir dövrdə İKT-nin sürətlə inkişafı onun təhsildə də tətbiq olunmasını zəruri edir. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə,dərsin elektron formada təsviri,digər tərəfdən dərsdə müasir təlim metodlarından istifadə edərək tədrisin distant formada təşkili təhsil alma maraqlarının daha da artmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti