...

“Azercell” və “Park Cinema” xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil edəcəklər

Cəmiyyət Materials 6 May 2013 14:34 (UTC +04:00)
Layihənin ilk tədbiri mayın 4-də təşkil edilib. Belə ki, maddi və sağlıq durumları ilə əlaqədar vaxtaşırı kinoya gedə bilməyən, əyləncədən kənarda qalan "Mushfig" Əlil Usaqlara Yardim Ictimai Birliyinin 50 sakini "Azercell" şirkəti tərəfindən ayrılmış xüsusi avtobuslarla "Park Cinema"ya gələrək 3D formatında maraqlı cizgi filmini izləyiblər.
“Azercell” və “Park Cinema” xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil edəcəklər

Azərbaycan, Bakı, 6 may /Trend/

Layihənin ilk tədbiri mayın 4-də təşkil edilib. Belə ki, maddi və sağlıq durumları ilə əlaqədar vaxtaşırı kinoya gedə bilməyən, əyləncədən kənarda qalan "Mushfig" Əlil Usaqlara Yardim Ictimai Birliyinin 50 sakini "Azercell" şirkəti tərəfindən ayrılmış xüsusi avtobuslarla "Park Cinema"ya gələrək 3D formatında maraqlı cizgi filmini izləyiblər. Əlbəttə ki, filmə baxışla yanaşı qarğıdalı və sərinləşdirici içkilər də kinoteatr tərəfindən pulsuz olaraq təmin edilib.

Uşaqlar arasında modern kinoteatr salonuna ilk dəfə ayaq basanları də olub. Kinoteatr müasir avadanlıqlarla təchiz edilib və ən əsası binada xüsusi dəstəyə ehtiyacı olan insanlar üçün olan arabaların maneəsiz hərəkəti üçün şərait yaradılıb.

Uşaqların dünyagörüşünün artırılması və eləcə də özlərini cəmiyyətin tamhüquqlu üzvləri hesab etməsi məqsədini daşıyan layihə hər ay davam edəcəkdir. Növbəti aylarda digər uşaq evlərinin sakinləri, aztəminatlı ailələrin övladları üçün də pulsuz kino seanslarının təşkil edilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti