...

Təhlükəsizlik ayı zamanı Bakıda qeydə alınan yol qəzalarında 28 nəfər ölüb

Cəmiyyət Materials 6 May 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Bakıda apreldə elan edilən "Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!" adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığı zamanı baş vermiş 100 yol-nəqliyyat hadisəsi nəticəsində 28 nəfər ölüb, 117 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 hadisə, 6 ölüm, 14 xəsarət çoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Əsədov bildirib ki, təhlükəsizlik ayı zamanı hadisələrin ən az qeydə alındığı və ölüm faktı baş verməyən rayonlar Nəsimi (2 hadisə, 2 xəsarət), Suraxanı (7 hadisə, 9 xəsarət), Qaradağ (4 hadisə, 5 xəsarət) və Nərimanov (13 hadisə, 13 xəsarət) rayonları olub.

Hesabat dövründə ölüm faktının çoxluğu ilə seçilən rayonlar isə Sabunçu (15 hadisə, 9 ölüm, 19 xəsarət), Xəzər (5 ölüm) və Binəqədi (10 hadisə,4 ölüm) rayonları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti