...

İran çörəyə görə subsidiyaları ləğv edir

Cəmiyyət Materials 6 May 2013 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Tariverdiyeva/

İran martın 21-dən başlayan cari təqvim ilində çörəyə görə pul şəklində subsidiyaları ödəməyəcək. Trend-in bazar ertəsi "Mehr News" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Subsidiya islahatlarının mənzil-qərargahının rəhbəri Məhəmməd Rza Fərzin deyib.

Onun sözlərinə görə, ötən il qiymətlərin mütəmadi artımı ilə əlaqədar çörəyə görə subsidiyalar qismində insanlara xüsusi məbləğlər ödənilib. Lakin o qeyd edib ki, qiymətlərin artırılmayacağına görə subsidiyalar da ləğv ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti