...

"Bank Technique" Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb

Cəmiyyət Materials 10 May 2013 17:23 (UTC +04:00)
"Bank Technique" ASC ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir.
"Bank Technique" Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb

Azərbaycan, Bakı, 10 may /Trend/

"Bank Technique" ASC ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir.

"Bank Technique"dən cümə günü Trend-ə verilən məlumata görə, bu dəfə bank öz əməkdaşları arasında şahmat turnirinə start verib. 3 saylı Bakı şəhər şahmat məktəbində keçiriləcək turnir 6 turdan ibarət olacaq.

Qeyd edək ki, "Bank Technique" tərəfindən keçirilən və ümummilli liderin 90 illik yubileyinə həsr olunan mini-futbol çempionatında isə qrup oyunları davam edir. Çempionatda bankın baş ofis və filiallarının əməkdaşlarından təşkil olunan 10 komanda iştirak edir. 5 həftə daha davam edəcək çempionatda 24 qarşılaşma olacaq. Çempionatın şərtlərinə görə, 10 komanda 2 qrupa bölünür və hər qrupdan 2 komanda yarımfinala vəsiqə qazanır. Vəsiqəni qazanan 4 komanda arasında püşkatma yolu ilə yarımfinal iştirakçıları seçilir.

Oyunlar həftədə 4 oyun olmaqla, şənbə və bazar günləri Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Xəlilov küçəsində yerləşən stadionda keçirilir. 4 may tarixində start götürən çempionata iyunun 9-da yekun vurulacaq.

Ümummilli liderin 90 illik yubileyi Kanadanın Toronto şəhərində də qeyd ediləcək. Bank 26 may tarixində Toronto şəhərindəki Kral Musiqi Konservatoriyasında Mədəniyyət və Turizm Nazirliyinin keçirəcəyi Niaqara İpək Yolu kamera orkestrinin konsertinə də təşkilati dəstək göstərir. Qeyd edək ki, konsertdə İsmayıl Hacıyevin rəhbərliyi ilə Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, V.Mustafazadə, F.Əlizadə, İ.Hacıyev, K.Əkbərovun əsərləri səsləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti