...

Vətəndaşların pulunu mənimsəmiş şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 13 May 2013 18:59 (UTC +04:00)
Vətəndaşların külli miqdarda pulunu mənimsəmiş “Repair House” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Vətəndaşların pulunu mənimsəmiş şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Vətəndaşların külli miqdarda pulunu mənimsəmiş "Repair House" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Repair House" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Müəyyən edilib ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər üzvləri ilə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinlərinin mənzillərinin təmiri ilə bağlı müxtəlif tarixlərdə müqavilələr bağlayıb, lakin faktiki olaraq həmin mənzillərdə təmir işləri aparılmayıb, bununla da vətəndaşlara ümumilikdə 113.0 min manat məbləğində ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti