...

Penitensiar Xidmət amnistiya haqqında qərarın icrasına başladı

Cəmiyyət Materials 15 May 2013 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Milli Məclisin amnistiya haqqında qərarının Penitensiar Xidmət üzrə icrasına başlanılıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Qərarının 1.1-ci bəndinə müvafiq olaraq, Xidmətin tabeliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən 18 nəfər məhkum 15.05.2013-cü il tarixdə cəzadan azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti