...

Məmmədyarov: "Eurovision" müsabiqəsində Azərbaycanın əhalisinin çox hissəsi Rusiyaya səs verib

Cəmiyyət Materials 21 May 2013 14:20 (UTC +04:00)
“Eurovision”da Azərbaycanın xalları ilə bağlı detektiv filmlərini xatırladan hadisə baş verib.
Məmmədyarov: "Eurovision" müsabiqəsində Azərbaycanın əhalisinin çox hissəsi Rusiyaya səs verib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Tariverdiyeva/

"Eurovision"da Azərbaycanın xalları ilə bağlı detektiv filmlərini xatırladan hadisə baş verib. Trend-in çərşənbə axşamı "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçiridiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycan əhalisinin böyük əksəriyyəti rusiyalı təmsilçiyə səs verib. Azərbaycanın ən böyük mobil rabitə operatorunun məlumatına görə, Rusiya 1677 səslə ikinci pilləni tutub. Belə böyük səsləri digər iki mobil operatorlar da göstərib".

Onun sözlərinə görə,"səslər hara yoxa çıxıb?" sualı "Eurovision"la əməkdaşlıq edən Azərbaycanın İctimai Televiziyasına aiddir, lakin məsələni araşdırmaq lazımdır.

Rusiya XİN-in rəhbəri Serqey Lavrovun sözlərinə görə, Azərbaycanın İctimai Televiziyası bu məsələnin detallarını aydınlaşdırandan sonra onunla bağlı digər məsələlərin müəyyənləşdirilməsində hansı tədbirlərin görüləcəyinə dair tərəflər arasında razılaşma var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti