Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/
Mayın 21-də Tbilisidə Gürcüstan Azərbaycanlıları-Vətənpərvərlər Cəmiyyəti təsis edilib. Trend-in məlumatına görə, təşkilatın təsis qurultayı Tbilisi Kino evində keçirilib.
Qurultay iştirakçıları Əliyar Yusubovu sədr seçiblər.
Yusubov jurnalistlərə bildirib ki, təşkilatın məqsədi azərbaycanlıların azad və müstəqil Gürcüstanın qurulmasında iştirakını təmin etmək və ölkədə aparılan islahatları dəstəkləməkdir: "Hesab edirik ki, bizə və Gürcüstana bizim iştirakımızla güclü ölkə lazımdır. Uşaqlarımız bilməlidir ki, onların vətəni Gürcüstandır və onlar öz ölkələrinin layiqli və bərabərhüquqlu vətəndaşları olmalıdırlar. Bunun üçün azərbaycanlıların gürcü dilində layiqli təhsilini və onların ölkənin dövlət həyatında iştirakını təmin etmək lazımdır və biz buna hər vəchlə yardım edəcəyik".
Gürcüstanda aparılan islahatları dəstəkləyən Yusubov qeyd edib ki, ölkədə insan haqlarının təminatı etnik inteqrasiyaya da yardım edir.