Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrini bundan sonra elektron formada qəbul edəcək. Trend-in məlumatına görə, şuranın sədri Azay Quliyev jurnalistlərə bildirib ki, bundan sonra QHT-lərə Dövlət Dəstəyi Şurasına kağız vasitəsi ilə hər hansı layihə təqdim olunmayacaq.
Bütün layihələr və təkliflər şuraya elektron formada təqdim olunacaq. Eyni zamanda, onların dəyərləndirilməsi də elektron formada həyata keçiriləcək.
Şura sədri layihələrin elektron formada qəbulunda məqsədin QHT-lərin işini asanlaşdırmaq olduğunu da nəzərə çatdırıb.
A.Quliyev artıq elektron yolla sənəd qəbuluna başlanıldığını da söyləyib.