...

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırılır

Cəmiyyət Materials 23 May 2013 12:11 (UTC +04:00)
Komitə sədri Eldar İbrahimov iclasda bildirib ki, dəyişikliklər qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması ilə bağlı həyata keçirilir.
Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırılır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin Aqrar komitəsinin cümə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılır. Hazırda bu cərimələr 20-45 manat miqdarındadır.

Komitə sədri Eldar İbrahimov iclasda bildirib ki, dəyişikliklər qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması ilə bağlı həyata keçirilir.

Yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur (hazırda 5-20 manatdır).

Bu cərimələr, həmçinin ev heyvanlarının xairici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər.

Məcəlləyə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti