Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/
Mayın 30-da Azərbaycanda nisbətən sabit hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-18, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 30-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Mayın 31-dən etibarən Azərbaycan ərazisində temperatur tədricən yüksəlməyə başlayacaq.