...

Əbülfəs Qarayev: Azərbaycan Fransa ilə turizm sahəsində əlaqələrin genişlənməsində maraqlıdır

Cəmiyyət Materials 29 May 2013 16:12 (UTC +04:00)
Azərbaycan Fransa ilə turizm sahəsində əlaqələrin genişlənməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olan fransalı deputatlarla görüşü zamanı bildirib.
Əbülfəs Qarayev: Azərbaycan Fransa ilə turizm sahəsində əlaqələrin genişlənməsində maraqlıdır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Fransa ilə turizm sahəsində əlaqələrin genişlənməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olan fransalı deputatlarla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Fransadan daha çox turist gəlməsini istəyir: "Hesab edirəm ki, Azərbaycan Fransadan olan turistlər üçün cəlbedicidir. Bunun üçün biz hər cür əməkdaşlığa hazırıq".

Nazir bildirib ki, Azərbaycan və Fransa həm turizm, həm də mədəniyyət sahəsində maraqlı layihələr icra edə bilərlər. Onun sözlərinə görə, Aleksandr Dümanın oxucuları Azərbaycanı gəzməklə onun Qafqaz səfərinin yolu ilə tanış ola bilərlər.

Azərbaycanla Fransa arasında əlaqələrin inkişaf etdiyini deyən nazir qeyd edib ki, Azərbaycan şirkətləri Fransada, Fransa şirkətləri isə Azərbaycanda keçirilən turizm sərgilərində böyük fəallıqla çıxış edirlər. O, ötən il Fransanın aparıcı turizm şirkətləri və KİV nümayəndələri üçün infoturun təşkil olunduğunu qeyd edib.

Qarayevin sözlərinə görə, son illər iki ölkə arasında mədəniyyət sahəsində də əlaqələr genişlənib. Nazir əlaqələrin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti