...

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu sahəsində qanunvericiliyin tətbiqini tələb edəcək

Cəmiyyət Materials 31 May 2013 13:29 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə müəllimlərin işə qəbulu sahəsində mövcud qanunvericiliyin tətbiqini tələb edəcək.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu sahəsində qanunvericiliyin tətbiqini tələb edəcək

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə müəllimlərin işə qəbulu sahəsində mövcud qanunvericiliyin tətbiqini tələb edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzən müəllimlərin orta məktəblərin direktorları və ya yerli rayon, şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən işə qəbul edilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, respublikasının təhsil sistemində, istər müəllimlərin işə qəbulu, istərsə də təhsilin digər sahələri ilə bağlı mövcud qanunvericiliyin tətbiqini tələb edəcək:

"Biz istər müəllimlərin işə qəbul olunması, istərsə də təhsilin digər sahələri ilə bağlı mövcud qanunvericiliyin tətbiqini tələb edəcəyik. Və biz buna nail olacağıq".

Nazir onu da əlavə edib ki, müəllimlərin işə qəbulu barədə hər hansı yeniliklər olsa, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş formada həyata keçirilməsi üçün hər il iyul-avqust aylarında Təhsil Nazirliyi tərəfindən işə qəbul imtahanları keçirilir. 2013-2014-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinin vakant yerləri barədə məlumatların toplanılmasına iyunun ikinci yarısında başlanacaq. Bu il də ötən illərdə olduğu kimi, kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisasları üzrə vakant yerlərin olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti