...

Bakıdan Tunisə birbaşa çarter aviareysi ləğv edildi

Cəmiyyət Materials 6 İyun 2013 15:29 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Trend-ə bildirib ki, bu reyslərin iyundan başlayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdu.
Bakıdan Tunisə birbaşa çarter aviareysi ləğv edildi

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakıdan Tunisə hərəkət etməli olan birbaşa çarter aviareysi ləğv edilib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Trend-ə bildirib ki, bu reyslərin iyundan başlayaraq həyata keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu gün həmin reyslərin ləğv olunduğu bildirilib:

"Yəqin ki, tələbat az olduğu üçün bu reyslər operator tərəfindən ləğv edilib. İndiyədək Tunisə birbaşa çarter reysi olmamışdı. Operator tərəfindən bu il ilk dəfə olaraq çarter reysi planlaşdırılmışdı. Təəssüflər olsun ki, bu gün bu reys ləğv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti