...

Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

Cəmiyyət Materials 7 İyun 2013 10:49 (UTC +04:00)
Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun birgə elan etdiyi 1-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun birgə elan etdiyi 1-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Fonddan Trend-ə verilən məlumata görə, ötən il sentyabrın 28-də Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanıb.

Sazişə əsasən, Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq məqsədilə Elmin İnkişafı Fondu tərəflər arasında razılaşdırılmış elmi prioritetlərə uyğun olaraq 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi keçirib.

Müsabiqədə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib. Müsabiqə üzrə Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub.

Bu layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcək. Belarus tərəfdən Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları birgə elmi-tədqiqat layihələrində iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti