...

ADA-da Birinci Azərbaycan-Fransa Universitetlər Forumu keçiriləcək

Cəmiyyət Materials 12 İyun 2013 14:00 (UTC +04:00)
İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil edilən “Birinci Azərbaycan- Fransa Universitetlər Forumu” keçiriləcək.
ADA-da Birinci Azərbaycan-Fransa Universitetlər Forumu keçiriləcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil edilən "Birinci Azərbaycan-Fransa Universitetlər Forumu" keçiriləcək.

ADA Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, forum zamanı Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın artırılması yolları müzakirə ediləcək.

Bundan əlavə, forumda Fransanın aparıcı universitetləri barədə təqdimatlar olunacaq, eləcə də azərbaycanlı tələbələrə Fransada təhsil imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif təqaüdlər və onların alınması barədə ətraflı məlumat veriləcək. Bununla yanaşı, Fransada təhsil alıb qayıdan azərbaycanlı məzunlar öz təəssuratları ilə bölüşəcəklər.

Forumu xarici işlər nazirinin müavini, ADA-nın rektoru, səfir Hafiz Paşayev, Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açacaqlar.

Qeyd edək ki, toplantının saat 15:00-dən başlayan hissəsi ictimayyət üçün açıq olacaq. Azərbaycanın müxtəlif təhsil ocaqlarının tələbələri Fransada təhsil imkanları barədə öyrənmək üçün tələbə biletlərini təqdim edərək müzakirələrə qatıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti