...

Günvurmadan qorunmanın yolları

Cəmiyyət Materials 15 İyun 2013 15:42 (UTC +04:00)
Qızdırma, davamlı olaraq tərləmə, sinir sisteminin pozulmasına gətirib çıxarır ki, vaxtında tədbir görülməzsə bu hal ölümlə nəticələnə bilər.
Günvurmadan qorunmanın yolları

Azərbaycan, Bakı, 15 iyun /Trend /

Qızmar yay günlərində insanların üzləşdiyi problemlərdən biri də
günvurmalardır ki, bu da insanlarda bir sıra fəsadların yaranmasına gətirib çıxara bilər.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəran Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, ötən il günvurma ilə bağlı 15 müraciət olsa da, bu il hələlik bununla bağlı müraciət edən olmayıb.

Lənkəran Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasın baş həkimi Məmmədbağır Axundov deyir ki, qızmar günəşli havalarda açıq havada nə qədər az olsaq, özümüzü günvurmadan bir o qədər qorumuş olarıq. Günvurma hadisəsi havanın hərarətinin bədən temperaturundan
yüksək olduğu hallarda, insan 15 dəqiqədən artıq birbaşa günəş
şüalarının altında qaldıqda baş verir.

Həkim diqqətə çatdırdı ki, günvurma hadisəsi zamanı orqanizmdə yerli dəyişikliklə yanaşı ümumi dəyişiklikliklər də yaranır. Qızdırma, davamlı olaraq tərləmə, sinir sisteminin pozulmasına gətirib çıxarır ki, vaxtında tədbir görülməzsə bu hal ölümlə nəticələnə bilər.

Mütəxəssislər hesab edirlər ki, həddindən artıq isti günlərdə insanlar bol maye qəbul etməli, evdən çıxarkən mütləq açıq rəngli baş örtüyü örtməli, gözə eynək taxmalı, yüngül, əsasən pambıq və kətan parçadan tikilmiş geyimlərə üstünlük verməlidirlər. Həm baş örtüyü, həm də geyimlərin əsasən ağ rəngli olması zəruridir. Çünki açıq rəngli
paltarlar günəş şüalarını əks etdirir, tünd rəngli geyimlər isə
şüaları udaraq bədənin hərarətinin artmasına səbəb olur. Bədənə sıx oturan paltarlardan, sintetik parçadan tikilmiş geyimlərdən uzaq olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti