...

Mədəniyyət və Turizm Nazirliyi 7 turizm müəssisəsinə lisenziya verib

Cəmiyyət Materials 18 İyun 2013 13:37 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi may ayı ərzində mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verib.
Mədəniyyət və Turizm Nazirliyi 7 turizm müəssisəsinə lisenziya verib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi may ayı ərzində mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən ay 7 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyət göstərməsinə xüsusi razılıq verilib.

Həmin obyektlər Bakı şəhəri Mərdəkan qəsəbəsi, Sahil çimərliyi ərazisində yerləşən "Khazar Golden Beach" mehmanxanası, Zərdab şəhəri, 20 yanvar küçəsi, ev 5 ünvanında yerləşən "Zərdab" mehmanxanası, Ağstafa şəhəri, R. Alıcanov küçəsi, 68 ünvanında yerləşən "Nəsiboğlu" mehmanxanası, İsmayıllı rayonu, Qara Qaya kəndi ərazisində yerləşən "Qaya" istirahət kompleksi, Zaqatala şəhəri, İ. Şamil küçəsi, ev 2 ünvanında yerləşən "Turqut" mehmanxanası, Şəki şəhəri, M.F. Axundov küçəsi, 185 ünvanında yerləşən "Karvansaray" mehmanxanası, Abşeron rayonu, Masazır kəndi, R. Dünyamalıyev küçəsi, 22 ünvanında yerləşən "Laza" motelidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti