Azərbaycan, Bakı, 20 iyun / Trend /
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanmışdır. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur. İlk aksiya 20 iyun 2013-cü il tarixində, saat 10:00-da Hacıqabulda Mərkəzi Xəstəxananın qarşısında başlayıb. Aksiyada Hacıqabul Rayon İcra başçısı və digər nümayəndələr iştirak edəcəklər. Növbəti aksiyaların tarixləri:
Hacıqabul 20.06.13
Bərdə 21.06.13
Mingəçevir 24.06.13
Zaqatala 25.06.13
Şəki 26.06.13
Qəbələ 27.06.13
Şamaxı 28.06.13
Tovuz 01.07.13
Gəncə 02.07.13
Göygöl 03.07.13
Xaçmaz 05.07.13