...

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət Materials 20 İyun 2013 13:34 (UTC +04:00)
Sabah Bakıda yağmurlu hava şəraiti olacaq.
Sabah Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda yağmurlu hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyunun 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

İyunun 21-də Abşeron yarımadasında arabir güclənən şimal küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yaratsa da, iyunun 22-23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti