...

Yevlaxda at əti sexi aşkar edildi

Cəmiyyət Materials 21 İyun 2013 22:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Yevlaxda at əti sexi aşkar edilib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Dövlət Baytarlıq Xidmətinin keçirdiyi reyd nəticəsində Yevlaxın Marzılı kəndində qanunazidd olaraq at əti istehsal edən sex aşkarlanıb. Sex kənd sakini Şükür İsgəndərova məxsus fərdi yaşayış evinin arxasındakı həyətdə fəaliyyət göstərib.

Ev sahibinin verdiyi izahata görə, o, sifarişlərə uyğun olaraq atları kəsərək müştərilərə satıb.

Dövlət karantin polisinin, eləcə də Dövlət Baytarlıq Xidmətinin birgə keçirdiyi reyd zamanı 18 baş at, onların kəsildiyi sümüklə dolu məkan, həmçinin kustar üsulla düzəldilmiş soyuducu aşkarlanaraq qeydiyyata alınıb. Kəsim zamanı götürülən atların ətləri və sümükləri araşdırılmaq üçün Göyçay rayon regional laboratoriyasına göndərilib.

Araşdırmalar zamanı ev sahibi Şükür İsgəndərov etiraf edib ki, həqiqətən də o, ətraf rayonların bazarlarında ucuz qiymətə aldığı atları toplayıbvə ona müraciət edən müştərilərin istəklərinə uyğun olaraq, atları kəsərək satıb.

Faktla bağlı müvafiq orqanlar araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti