...

Heydər Əliyev Mərkəzi "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsinin qaliblərini mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 24 İyun 2013 16:57 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında elan etdiyi "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzi "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsinin qaliblərini mükafatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir V.İmanov/

Bu gün Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında elan etdiyi "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, müsabiqəyə 1000-dən artıq əsgər məktubu daxil olub. Onlar Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərini əhatə edib.

Əsgər məktubu müsabiqəsinin qalibləri: 1-ci yer - Vaqif Xəlilov (Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi), 2-ci yer - Bəhram Nəcəfquluzadə (Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi), 3-cü yer - İlkin Dostiyev (Dövlət Sərhəd Xidmətinin Lənkərandakı N saylı hərbi hissəsi).

Müsabiqədə fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat və diplomlar təqdim edilib. Həvəsləndirici mükafat qazananlar sırasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində, Xüsusi Dövlət Mühafizə Xidməti, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayında xidmət edən əsgərlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti