...

Nazir müavini: Azərbaycanda gənclər arasında narkomanlığın yayılması 17 faiz təşkil edir

Cəmiyyət Materials 25 İyun 2013 11:40 (UTC +04:00)
Bütün dünyada narkomanların arasında gəncləşmə meyilləri artmaqdadır. Azərbaycanda gənclər arasında narkomanlığın yayılması 17 faiz təşkil edir.
Nazir müavini: Azərbaycanda gənclər arasında narkomanlığın yayılması 17 faiz təşkil edir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Bütün dünyada narkomanların arasında gəncləşmə meyilləri artmaqdadır. Azərbaycanda gənclər arasında narkomanlığın yayılması 17 faiz təşkil edir.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakıda "Narkotiklətə Qarşı Təbliğat" İctimai Birliyi və Gənclər və İdman Nazirliyi tərəfindən "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, bu rəqəm digər ölkələrə nisbətən aşağıdır:
"Lakin bu hətta 1 faiz olsa belə bu bizi narahat etməlidir".
Nazir müavini qeyd edib ki, gənclərin narkomaniyadan uzaqlaşması üçün dövlət tərəfindən tədbirlər görülür. Bu yöndə təkcə formal xarakterli deyil, köklü tədbirlər görülməli, layihələr həyata keçirilməlidir.

O, həmçinin bildirib ki, dünən təsdiq olunan yeni dövlət proqramında da Gənclər və İdman Nazirliyinin üzərinə qoyulan vəzifələrdən biri bu istiqamətə diqqətin artırılmasıdır:

"Müstəqil dövlətimizə müstəqil, sağlam gənclər, sağlam mütəxəssislər lazımdır. Narkomaniya ilə mübarizə milli mübarizə səviyyəsində olmalıdır. Narkotik saxlayan insana qarşı sadəcə cinayətkar kimi deyil, Azərbaycan dövlətçiliyinin əleyhinə işləyən insan kimi baxıram. Ona görə də narkomaniya ilə ciddi mübarizə olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti