...

Polis Taksim meydanında təhlükəsizlik tədbirlərini gücləndirib

Cəmiyyət Materials 29 İyun 2013 21:05 (UTC +04:00)
Bu gün Türkiyənin bəzi vətəndaş cəmiyyəti təşkilatları və partiyalarının aksiya keçirəcəyi Taksim meydanında İstanbul polisi təhlükəsizlik tədbirlərini gücləndirib.
Polis Taksim meydanında təhlükəsizlik tədbirlərini gücləndirib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Bu gün Türkiyənin bəzi vətəndaş cəmiyyəti təşkilatları və partiyalarının aksiya keçirəcəyi Taksim meydanında İstanbul polisi təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, Gezi parkı hadisələrindən sonra sabitliyin hakim olduğu Taksimdə bu gün axşam saatlarında iki aksiya keçirilməsi planlaşdırılır. Polis bununla əlaqədar artıq təhlükəsizlik tədbirlərinə başlayıb.

Polis tərəfindən əhatəyə alınan Taksim meydanına heç kim buraxılmır.

Xəbər lenti

Xəbər lenti