Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Əliyev/
Azərbaycan Nazirlər Kabineti 25 iyun 2013-cü il tarixli qərarı ilə təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə dəyişikliklər edib.
Trend-in məlumatına görə, bu dəyişikliklərə əsasən, məktəbəqədər təhsil müəssisələrinin tutduqları torpaq sahəsi perimetr boyu hasarla əhatələnməlidir, onların binalarının fasadlarının tamamlanması zamanı dekorativ materiallardan istifadə isə yalnız Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra mümkün olacaq.
Bundan əlavə, məktəb və bağçalarda ikiqat şüşəli pəncərələrdən istifadə olunmalıdır, döşəmə örtükləri isə sürüşməyən materiallardan hazırlanmalıdır.
Yenilənən normativ tələblər, o cümlədən tədris siniflərinin və şagirdlərin iş, akt və idman, laboratoriya və texniki yerlərin sahələrini və digər parametrləri müəyyənləşdirir.