...

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının 107-ci Büro iclasında iştirak edib

Cəmiyyət Materials 3 İyul 2013 12:37 (UTC +04:00)
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 107-ci Büro iclasında iştirak etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində səfərdə olub.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının 107-ci Büro iclasında iştirak edib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 107-ci Büro iclasında iştirak etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə səfərdə olub.

Trend-in DSMF-nin İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, iclasda cari ilin 10-15 noyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində BSTA-nın növbəti Dünya Sosial Təminat Forumunun proqramı, BSTA-nın Büro üzvlərinin və Texniki Komissiya sədrlərinin növbəti üçillik dövr üçün seçilməsi qaydaları, BSTA üzvlüyünə qəbul barədə müraciətlər, 2014-2016-cı illər üzrə BSTA-nın Proqramı və Büdcəsi, 2012-ci ilin sonuna assosiasiyanın maliyyə durumu barədə Xəzinədarın hesabatı, 2012-ci maliyyə ili üzrə Nəzarət Komissiyasının hesabatı və digər məsələlər müzakirə edilib. Sosial sığorta haqlarının yığımı məsələləri üzrə yaradılan BSTA-nın yeni Texniki Komissiyasına dair müzakirələr zamanı DSMF sədri bu sahənin vacibliyini bir daha iclas iştirakçılarının diqqətinə çatdırıb və Texniki Komissiyanın məqsədlərinə dair öz təkliflərini verib.

Eyni zamanda, qeyd olunan tədbir çərçivəsində BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. İclasda Avropa şəbəkəsinin səmərəli idarə edilməsi, Rəhbər Komitənin yeni tərkibinin seçilməsi prinsipləri, Avropadan BSTA-ya üzv seçilmiş təşkilatlar üçün 2014-2016-cı illər üzrə prioritet istiqamətlər və fəaliyyət planı müzakirə edilib.

DSMF sədri Rəhbər Komitənin iclasında çıxış edərək məlumat verib ki, ölkəmiz BSTA-nın Avropa Şəbəkəsinin fəaliyyətini uğurlu hesab edir. O, Avropa Şəbəkəsi çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayaraq DSMF-nin bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Avropa Şəbəkəsinin Rəhbər Komitəsində təmsilçiliyin ədalətli əsaslar üzrərində qurulmasını təmin etmək məqsədilə o, Rəhbər Komitədə Avropanın hər 5 alt regionu üzrə 2 təmsilçinin - birinin BSTA Büro üzvü, digərinin isə Büro üzvü olmayan şəxslərdən ibarət olmasını təklif edib.

İclas zamanı Azərbaycan nümayəndə heyəti Almaniya, Polşa, Hollandiya, İtaliya, Moldova pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı və regional əməkdaşlıq perspektivlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti