Azərbaycan, Bakı, 3 iyul /Trend/
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Kyokuşin Kaykan karate İKO MATSUŞİMA Təşkilatının 9-cu açıq beynəlxalq turniri keçirilib.
Trend-in məlumatına görə, turinrdə iştirak etmiş Azərbaycan nümayəndə heyəti sensey Vidadi Xəlilovun rəhbərliyi altında komanda hesabı ilə 2-ci yerə çıxıb. Belə ki, turnirdə Azərbaycan komandasının üzvü 80 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əhmədov bütün rəqiblərinə tam qələbə ilə qalib gələrək qızıl medala layiq görülüb.
Komandanın digər üzvü Müşviq Həsənzadə isə yanlız final döyüşündə məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 6 ölkədən olmaqla ümumilikdə 70 nəfər idmançı iştirak etmişdir. Qalib gəlmiş idmançılar mükafatlarla yanaşı, 12.10.2013-cü il tarixdə Ukraynanın Donetsk şəhərində keçiriləcək 8-ci Avropa çempionatına da lisenziya qazanıblar.
Azərbaycan idmançıları komanda hesabında İstanbulda keçirilən beynəlxalq yarışda ikinci yeri tutublar
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Kyokuşin Kaykan karate İKO MATSUŞİMA Təşkilatının 9-cu açıq beynəlxalq turniri keçirilib.
