Azərbaycan, Bakı, 3 iyul /Trend/
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2013-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb.
Trend-in QMİ-nin mətbuat xidmətinin yaydığı məlumata istinadən verdiyi məlumata görə, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-a təsadüf edir.
Ramazan ayı 30 gün olacaq. Ramazan - Fitrə bayramı miladi təqvimi ilə avqustun 8 və ya 9-na düşür. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.