...

Azərbaycanda pensiyaçılar elektron xidmətlərə daha çox maraq göstərirlər

Cəmiyyət Materials 4 İyul 2013 11:00 (UTC +04:00)
Bu ilin 6 ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (www.dsmf.gov.az, www.sspf.gov.az) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Azərbaycanda pensiyaçılar elektron xidmətlərə daha çox maraq göstərirlər

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Bu ilin 6 ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (www.dsmf.gov.az, www.sspf.gov.az) tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə daxil olan məlumata görə, fondun təqdim etdiyi xidmətlər "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə ən çox müraciət edilən elektron xidmətlər sırasındadır. Bu ilin ötən dövrü ərzində "Pensiya kapitalı barədə məlumat" (21 729 əməliyyat), "İcbari dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş icbari dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (21 659 əməliyyat), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (8 370 əməliyyat), "Pensiya kalkulyatoru" (6 837 əməliyyat) ən çox istifadə olunan elektron xidmətlər olub.

Cari ilin ilk yarısında hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması xidmətindən yararlananların sayında da artım müşahidə olunub. Bununla bağlı 1 iyul 2013-cü il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 27 010 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin icbari dövlət sosial sığorta haqları üzrə fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilib. Artıq Dövlət Sosial Müdafiə Fondunun 76 yerli orqanı üzrə 590 970 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub.

2013-ci ilin yanvar-iyun ayları ərzində 43 368 sığortaedən tərəfindən 131 583 əməliyyat həyata keçirilərək cəmi 12 055 665,65 manat məbləğində icbari dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da asanlaşdırılması, əlavə vaxt itkisinin qarşısının alınması, insan amilinin rolunun son dərəcə azaldılması ilə nəticələnib.

Sığorta-pensiya sistemində davam etdirilən islahatlara uyğun olaraq, fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 8-dən 25-ə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti