...

Azərbaycanlı tələbə gənclər Koreyada səfərdədirlər

Cəmiyyət Materials 6 İyul 2013 10:34 (UTC +04:00)
Azərbaycan və Cənubi Koreya arasında olan beynəlxalq gənclər mübadiləsi “Youth Exchange” proqramı çərçivəsində 30 iyun-10 iyul tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun baş məsləhətçisi Mətanət Məmmədovanın başçılığı altında azərbaycanlı gənclərdən ibarət nümayəndə heyyətinin Cənubi Koreyaya səfəri davam edir.
Azərbaycanlı tələbə gənclər Koreyada səfərdədirlər

Azərbaycan, Bakı, 6 iyul / Trend /

Azərbaycan və Cənubi Koreya arasında olan beynəlxalq gənclər mübadiləsi "Youth Exchange" proqramı çərçivəsində 30 iyun-10 iyul tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun baş məsləhətçisi Mətanət Məmmədovanın başçılığı altında azərbaycanlı gənclərdən ibarət nümayəndə heyyətinin Cənubi Koreyaya səfəri davam edir. Bu barədə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) Trend-ə bildirilib.

Məlumada deyilir ki, nümayəndə heyyətinə ATGTİ-nin əməkdaşları da daxildir.

Səfərləri çərçivəsində azərbaycanlı tələbə - gənclər Cənubi Koreyanın paytaxtı Seul və Busan şəhərlərində olublar, ölkənin müxtəlif tarixi və mədəni abidələri, muzeylərinə səfər ediblər.

Qeyd edək ki, nümayəndə heyyəti səfərləri çərçivəsində Cənubi Koreyanın dövlət rəsmiləri və gənclər təşkilatları ilə görüşərək, iki ölkə gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq prespektivlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti