...

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu regionlarda təqdimatlara start verib

Cəmiyyət Materials 8 İyul 2013 12:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu iyunun 27-də növbəti qrant müsabiqəsini elan edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu regionlarda təqdimatlara start verib

Azərbaycan, Bakı, 8 iyul / Trend /

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu iyunun 27-də növbəti qrant müsabiqəsini elan edib. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçiriləcək təqdimatlar artıq start götürüb. Regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edəcək.

İlk təqdimatlar iyulun 8-də Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) keçiriləcək. Növbəti təqdimatlar isə Şəki, Biləsuvar, Zaqatala, Lənkaran, Abşeron, Masallı, Göyçay, Yevlax, Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti