...

Azərbaycanda küləkli hava şəraiti üstünlük təşkil edəcək

Cəmiyyət Materials 11 İyul 2013 12:34 (UTC +04:00)
Azərbaycan ərazisində küləkli hava şəraiti üstünlük təşkil edəcək
Azərbaycanda küləkli hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində küləkli hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 12-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

İyulun 12-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti proqnozlaşdırılır.

İyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

İyulun 13-14-də zəif küləklərin üstünlükləri fonunda günorta saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

İyulun 12-də Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

İyulun 12-də Azərbaycanın Aran rayonlarında gecə 20-25, gündüz 30-35 dərəcə, dağlarda gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti