...

Zafəroğlu İnşaat pulsuz təmir kampaniyasına başlayıb

Cəmiyyət Materials 18 İyul 2013 10:39 (UTC +04:00)
May ayının biri Zafəroğlu İnşaat və Türk Yapı Sənayə şirkətləri birlikdə Pulsuz Təmir kampaniyasına başlamışdır.
Zafəroğlu İnşaat pulsuz təmir kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 18 iyul /Trend /

May ayının biri Zafəroğlu İnşaat və Türk Yapı Sənayə şirkətləri birlikdə Pulsuz Təmir kampaniyasına başlamışdır.

Şirkətdən trend-ə verilən mlumata görə, inşaat sektorunda qabaqçıl yerləri tutan şirkətlər şəhid ailələri, ailə başçısı olmayan və az təminatlı ailələr arasında keçirilməsi nəzərdə tutulmuş layihədə seçilən mənzili tamamilə ödənişsiz olaraq təmir etməyi öz üzərinə götürmüşdür. İyun ayında nəticəni elan edən şirkət rəsmiləri Hövsan qəsəbəsində yaşayan və ailə başçısı olmayan bir ailənin mənzilini təmir etməyi öz boynuna götürmüşdür.

Artıq hər üç aydan bir təkrarlanacaq layihə təmirə maddi gücü çatmayan ailələrin bir qisminə yardım məqsədi güdür. Bu tip layihələrlə korporativ sosial məsuliyyətini həyata keçirən Zafəroğlu İnşaat bu addımı ilə yenidən öz sektoruna yenilik etmiş oldu.

Onu da qeyd edək ki, Zafəroğlu İnşaat şirkəti yaxın günlərdə Meksikada baş tutacaq beynəlxalq konfransa dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti