...

Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 22 İyul 2013 21:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan mətbuatının əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının inkişafında, siyasi intibahının inkişafında mühüm rol oynayıb. O bildirib ki, həmin dövrdən sonra təşəkkül tapan qəzetlər Azərbaycanda milli şüurun oyanmasında mühüm rol oynadılar.

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan iqtisadi baxımdan gücləndikcə mediaya dövlət qayğısı artmağa başladı: "Hazırda dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür".

Şura sədri bu gün jurnalistlərə mənzillərin verilməsi ilə bağlı ölkə başçısına minnətdarlığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib.

Onun sözlərinə görə, 45 nəfər jurnalist müsabiqənin qalibi elan edilib.

Sonra qaliblərin hər birinə 1000 manat məbləğində pul mükafatı verilib. Tədbirdə, həmçinin ölkənin aparıcı media nümayəndələrinə Ali media mükafatı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti