Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/
Rusiya Federasiyasının bir qrup dövlət qulluqçusu, Usaq və Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinin üzvləri, Gənclərin İctimai Palatası və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti iyulun 23-dən 27-dək Azərbaycana səfər edəcəklər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında görüşləri nəzərdə tutulub.
Nümayəndə heyəti iyulun 25-də nazirlikdə görüş keçirəcək.