Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasına baxış keçirib, orada saxlanılan şəxslərlə təkbətək görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılan şəxslər təcridxanada saxlanılma şəraiti və rəftarla əlaqədar heç bir şikayətlərinin və narazlılıqlarının olmadığını bildiriblər.
Müvəkkil baxışın nəticələrini Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasının rəisi ilə müzakirə edib və öz tövsiyələrini verib.