Azərbaycan, Bakı, 26 iyul /Trend/
Paytaxtın Tbilisi prospektİnin 20 yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsində əsaslı təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, təmir işləri təqribən 500 metrlik hissədə həyata keçirilir. Hazırda köhnə asfalt beton örtüyü qaşınaraq çıxarılır. Sabahdan etibarən yeni asfalt-beton örtüyünün salınmasına başlanılacaq.
Məlumat üçün bildirək ki, Tbilisi prospektinin ümumi uzunluğu 1400 m təşkil edir. Artıq 900 m hissədə təmir işləri başa çatdırılmışdır.
Qeyd edək ki, həmin yol təmir işləri üçün bağlanılıb.