...

Baş Prokurorluğun Rusiyada iki nəfəri qətlə yetirən şəxsə ömürlük cəza istəməsi ilə bağlı protesti təmin edilməyib

Cəmiyyət Materials 29 İyul 2013 11:21 (UTC +04:00)
Şəki Apelyasiya Məhkəməsində Rusiyada xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Yevlax rayon sakini Vəfadar Əliyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti üzrə məhkəmə başa çatıb.
Baş Prokurorluğun Rusiyada iki nəfəri qətlə yetirən şəxsə ömürlük cəza istəməsi ilə bağlı protesti təmin edilməyib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Məmmədov/

Şəki Apelyasiya Məhkəməsində Rusiyada xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Yevlax rayon sakini Vəfadar Əliyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində ömürlük cəzanın təyin edilməsi ilə bağlı Baş Prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, protest təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfadar Əliyev 14 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vəfadar Əliyev Rusiya Federasiyasının Moskva şəhərində olduğu müddətdə qeyri-rəsmi yaşadığı 1982-ci il təvəllüdlü Yelena Dmitriyevaya narkotik vasitələrdən istifadə etməməyi, həmçinin ona xəyanət etməsinə son qoymağı tapşırıb. Yelena isə tapşırıqlarını yerinə yetirəcəyinə söz versə də, vədinə əməl etməyib.

Həmçinin Yelenanın nənəsi 1940-cı il təvəllüdlü Nadejda Morozova isə onun tələblərinə əhəmiyyət verməyərək, nəvəsini müdafiə edib. Bundan əsəbləşən Vəfadar Əliyev qısas almaq məqsədilə nənə və nəvəni öldürmək qərarına gəlib.

Bu məqsədlə 13 noyabr 2006-cı il tarixdə, saat 21 radələrində Moskva şəhəri Filevski bulvarı küçəsi 41 nömrəli evin 9-cu mənzilində Yelena Dmitriyeva ilə yalnız ikisi olub. Həmin zaman Nadejda Morozovanın evdə olmaması, azyaşlı oğullarının isə yatdığını görən Vəfadar Əliyev Yelena Dmitriyevnanı öldürmək üçün əlverişli şəraitin yarandığını görüb. Vəfadar Əliyev məqsədini həyata keçirərək Yelenanı boğaraq öldürüb.

Bundan yarım saat sonra həmin mənzilə gələn Nadejda Morozovaya qarşı da fiziki zor tətbiq edib. O, kətan parçası ilə Nadejda Morozova boynunu sıxaraq onu qətlə yetirib. Vəfadar Əliyev daha sonra azyaşlı oğlu Aleksey Əliyevi də götürərək mənzildən çıxıb. O, oğlunu anası Göyçək Əliyevaya verəndən sonra ayrı-ayrı ünvanlarda gizlənib.

Vəfadar Əliyev Rusiya Federasiyasında qətl hadisəsi törətdiyi üçün Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Rusiya polisi və prokurorluğu Vəfadar Əliyevin yerini müəyyən edə bilməyəndə onu beynəlxalq axtarışa verib. Vəfadar Əliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində saxlanılıb. Saxlanılan Vəfadar Əliyev Rusiyaya ekstradisiya olunmadığından Rusiyada aparılan istintaqın davamı Şəki Prokurorluğunda aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti