Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İran əhalisinin təqribən 0,5 faizi hepatit C xəstəliyindən əziyyət çəkir. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Tibb Elmləri Universitetinin müəllimi, doktor İbrahim Dəryani bildirib.
Hepatit C-yə yoluxan insanların sayının artdığını deyən Dəryani bildirib ki, hepatit B-yə yoluxanların sayında isə azalma var.
Onun sözlərinə görə, narkomanların təqribən 40 faizi hepatit C-yə yoluxub: "Hepatit B və C əsasən tənha kişilər və məhbuslarda müşahidə edilir".