...

Naxçıvanın geoloji ensiklopediyası hazırlanır

Cəmiyyət Materials 29 İyul 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri "Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyası"nı hazırlayır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə institutun şöbə rəhbərləri, geologiya-mineralogiya elmləri doktorları - Şıxəli Babayev, Muxtar Rüstəmov, Novruz Novruzov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov, həmçinin gənc alim Fuad Rəhimov və Coğrafiya İnstitutunun şöbə rəhbəri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov Naxçıvanda ekspedisiya həyata keçiriblər.

Mütəxəssislər muxtar respublikanın bütün rayonlarında Paleozoydan tutmuş IV Dövr çöküntülərinə qədər olan süxur qatlarını tədqiq edib, onların koordinatlarını müəyyənləşdirib, lay dəstələrinin stratotip kəsilişlərinin fotolarını çəkiblər.

Nəşrin tərtibi ilə əlaqəli ümumi işlər 2012-ci ilin sentyabr ayından başlayıb və ekspedisiyaya qədər Naxçıvan ərazisində intişar tapmış süxurların stratiqrafiyası, litologiyası, maqmatizmi, tektonikası, geomorfologiyası, faydalı qazıntıları, yeraltı və yerüstü su ehtiyatları barədə məlumatlar toplanılıb və təhlil edilib. Ekspedisiya müddətində isə bu istiqamətlər üzrə dəqiqləşdirmə işləri aparılıb.

Bu ilin sonunda tədqiqatların yekunlaşdırılması və ensiklopediyanın çap edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti