...

Sürücülərə şad xəbər: Heydər Əliyev prospektində hərəkət tam bərpa edildi

Cəmiyyət Materials 30 İyul 2013 11:24 (UTC +04:00)
Heydər Əliyev prospektinin "Şəfa" stadionu ərazisindəki sahəsi avtomobillərin hərəkəti üçün açılıb.
Sürücülərə şad xəbər: Heydər Əliyev prospektində hərəkət tam bərpa edildi

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/

Heydər Əliyev prospektinin "Şəfa" stadionu ərazisindəki sahəsi avtomobillərin hərəkəti üçün açılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Mürsəliyev qeyd edib ki, ərazidə qazıntı işlər başa çatdığından yolun əsas hissəsi avtomobillərin hərəkəti üçün açılıb:

"Heydər Əliyev prospektində "Şəfa"stadionunun qarşısında yeraltı tunel və piyada keçidinin tikintisi ilə bağlı prospektin əsas hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət idi ki, bağlı idi. Artıq həmin ərazidə işlərin müəyən hissəsi başa çatdığı üçün yolun əsas hissəsi açılıb. Həmin hissədə asfalt-beton örtüyü təmin olunub. Həmin hissədə qazıntı işləri başa çatdığı üçün artıq orada avtomobillərin hərəkəti bərpa olunub. Layihə üzrə işlər isə davam edir."

Qeyd edək ki, Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci Köndələn küçələri ilə kəsişməsində yeni yeraltı tunel və piyada keçidinin tikintisi aparıldığından qeyd edilən ərazidə hərəkət qismən məhdudlaşdırılmışdı və nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə uzun tıxaclar yaranırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti