...

QHT-lərə Dövlət Dəstəyi Şurasına xarici QHT-lərdən 91 layihə daxil olub

Cəmiyyət Materials 30 İyul 2013 18:20 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin birinci turu başa çatıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasına xarici QHT-lərdən 91 layihə daxil olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici ölkə QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin birinci turu başa çatıb. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Şuranın bu gün keçirilən iclasında məlumat verilib ki, müsabiqəyə ümumilikdə 15 ölkədən (Fransa, Böyük Britaniya, Belçika, Almaniya, Avstriya, Macarıstan, Polşa, Norveç, Rusiya, Türkiyə, ABŞ, Çexiya, Ukrayna, İsveçrə və Litva) 91 layihə daxil olub. Bunlardan 4-ü "İnsan hüquq və azadlıqlarının qorunması", 6-sı "Gələcəkdə oxşar faciələrin qarşısının alınması məqsədi ilə Xocalı soyqırımı haqqında məlumatların Avropa və ABŞ ictimaiyyətinə çatdırılması", 15-i "Ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinə qarşı mübarizə", 28-i "Sülh və təhlükəsizliyin möhkəmləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində)", 38-i isə "Ölkələr və vətəndaş cəmiyyətləri arasında uğurlu əməkdaşlıq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi" mövzusuna aiddir.

Xarici QHT-lərin müraciətləri Şuranın ekspertləri tərəfindən araşdırıldıqdan sonra 48 layihənin ikinci tura keçməsi məqsədəuyğun sayılıb. Həmin təşkilatlara tam layihə təkliflərinin təqdim edilməsi barədə müraciətlər göndərilib. Şura tam layihə təkliflərinin qəbulunu avqustun 19-dək həyata keçirəcək.

Şuranın iclasında yerli QHT-lər üçün də müsabiqənin nəticələri müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. İclasda layihələrin qiymətləndirilməsinin başa çatmaq üzrə olduğu və avqustun 1-də bununla bağlı yekun qərarın verilə biləcəyi bildirilib.

Qeyd edək ki, ekspertlər tərəfindən layihələrin seçimi zamanı QHT-lərin təcrübəsi və mövzunun aktuallığı kimi məsələlər nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti