...

IV ixtisas qrupunda 600-dan yuxarı bal toplayanların sayı açıqlanıb

Cəmiyyət Materials 31 İyul 2013 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend, müxbir M.Əliyev/

IV ixtisas qrupunun imtahanlarında 600-dən yuxarı balı 403 nəfər toplayıb. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

İmtahanın nəticələrinə əsasən, IV qrupda 973 nəfər 500 baldan yuxarı, 1562 nəfər 400-dən yuxarı, 2187 nəfər 300-dən yuxarı, 2849 nəfər 200-dən yuxarı, 3203 nəfər 150-dən yuxarı nəticə göstərib.

IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş - ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti