...

QHT-lərə Dövlət Dəstəyi Şurası televiziyalarda yeni proqramlar hazırlayacaq (FOTO)

Cəmiyyət Materials 31 İyul 2013 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsinində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk olaraq çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev daim vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı iş apardıqlarını və burada məqsədin cəmiyyətin QHT-lərin gördükləri işlərin nəticəsindən daha geniş şəkildə faydalanmasının təmin edilməsi olduğunu bildirib. A.Quliyev bugünkü tədbirin məqsədinin də bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsi, qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etmək olduğunu söyləyib.

Şura sədri, xüsusilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiziyaların mühüm əhəmiyyət kəsb etdiyini dedi. Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan sədr bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib. O, Şuranın QHT-lərlə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada onlarla danışıqların davam etdiriləcəyini bildirib.

QHT təmsilçiləri millət vəkili Çingiz Qənizadə, Osman Gündüz, Səadət Bənənyarlı, Taryel Həsənov, Lyudmila Xəlilova, Məhərrəm Zülfüqarlı, Samir Əliyev, Pərviz Həşimov, Bəxtimşah Tağıyeva və digərləri çıxış edərək Şuranın təşkil etdiyi müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyanın imkanından istifadənin layihələrinin səmərələliyini artıracağını vurğulayıblar.

İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu və Xəzər televiziyasının xəbərlər xidmətinin rəhbəri İbrahim Ünlübostan da çıxışlarında vətəndaş cəmiyyətinin təşəbbüslərini hər zaman dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti