Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/
Bakıda asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq daha bir küçə bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, General Akim Abbasov küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsindən Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsi (şərq istiqamətində) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq bağlanıb.