...

Azərbaycanda sərnişin qatarlarının vaqonları artırılır

Cəmiyyət Materials 15 Avqust 2013 12:23 (UTC +04:00)
Yeni tədris ilinin başlanması ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC bütün qatarlara əlavə vaqonlar qoşacaq.
Azərbaycanda sərnişin qatarlarının vaqonları artırılır

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E. İsmayılov/

Yeni tədris ilinin başlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC bütün qatarlara əlavə vaqonlar qoşulacaq. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov bildirib.

Onun sözlərinə görə, əlavə vaqonlar bütün daxili istiqamətlər üzrə əlavə olunacaq, çünki tədris ilinin başlanması və məzuniyyətlər dövrünün bitməsi ilə əlaqədar sərnişin axını xeyli artır: "Bu il tədris sentyabrın 16-da başlayır və artıq biz indidən həmin vaxta hazırlaşırıq".

N.Azməmmədov bildirib ki, sentyabrın 10-dan etibarən sərnişinlərin vaxtında daşınması üçün bütün daxili reyslər üzrə hərəkət edən qatarlara əlavə vaqonlar birləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti