...

Azərbaycanda "Qafqaz İslam Ordusu-95” mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsi keçirilir

Cəmiyyət Materials 15 Avqust 2013 12:34 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir
Azərbaycanda "Qafqaz İslam Ordusu-95” mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsi keçirilir

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə reallaşdırdığı "Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində" layihəsi çərçivəsində "Qafqaz İslam Ordusu-95" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Layihə çərçivəsində elan olunan müsabiqə isə Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqət saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutur.

Müsabiqədə 1 birinci, 2 ikinci və 3 üçüncü yer, həmçinin 10 həvəsləndirici mükafat nəzərdə tutulub: I yer - 800 manat; II yer - 500 manat; III yer - 300 manat. Həvəsləndirici mükafat - 100 manat.

Müsabiqə laureatlarının adları sentyabr ayının 15-dək açıqlanacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti